4 mart 2017

TAİLANDDA BEYNƏLXALQ KONFRANS. ƏN YENİ ZAVODUN ZİYARƏT ETMƏSİ

Bu ilin mart ayında İdemitsu ikinci beynəlxalq distribütor konfransı Pattaya şəhərində keçirilmişdir ki, burada Rusiya və MDB-nin doqquz ölkəsinin nümayəndələri iştirak ediblər. Konfrans çərçivəsində şirkətin qısa və uzunmüddətli planları səsləndirilmişdir, müxtəlif ölkələrin avtomobil bazarlarının icmalı keçirilmişdir, marketinq dəstəyi planları təqdim edilmişdir, iştirakçılar isə təcrübə mübadiləsini apara biliblər. Konfransın ikinci günündə İdemitsunun zavoduna ekskursiya təşkil edilmişdir. 

2016-cı ilin yayından İdemitsunun Tailandda yeni zavodu fəaliyyətinə başlamışdır. Zavod turistlər arasında məşhurlaşmış Pattaya şəhərinin yaxınlığında olan Amata sənaye şəhərində yerləşir. Yeni zavod 76 000 min kvadrat metr ərazisini əhatə edir və ildə 40 000 kilolitr sürtgü material həcmində istehsal potensialına malikdir. 

Bu, İdemitsu Kosan Co. şirkətinin zavodlarından ən müasiridir. O, istehsalın bütün mərhələlərində ən yüksək avtomatlaşdırma səviyyəsinə malikdir və həm ilkin xammal və materiallar, həm də istehsal edilmiş məhsulların keyfiyyəti üzrə ciddi nəzarəti həyata keçirən öz laboratoriya ilə təchiz edilib. Laboratoriyada hazır məhsulların həm yüksək temperaturlu, həm də Rusiya üçün çox vacib olan aşağı temperaturlu sınaqları həyata keçirilir. 

 

İdemitsu xəttinin məhsullarının əsas təchizatı Tailanddakı zavodundan həyata keçirilir. Bu zavod Yaponiya menecmentinin nəzarəti altındadır və İdemitsu mühərrik yağlarının istehsalı baş şirkətin ciddi nəzarəti altında aparılır. Məhsulların bütün formulyasiyası Yaponiyada, Çiba şəhərində olan İdemitsunun İşlənib hazırlanması və tətqiqatlar üzrə Mərkəzində hazırlanıb və hərtərəfli sınaqlardan keçirilib. 

İdemitsu Zepro xəttinin məhsulları əvvəlki kimi Yaponiyada, Çiba şəhərindəki IKC zavodunda istehsal edilir. 

"İdemitsu Lubrikants RUS" MMC şirkəti konfransın bütün iştirakçılarına təşəkkürünü bildirir və gələcək məhsuldar əməkdaşlığa ümid edir. 


Xəbərlərə geri dönmək