13 fevral 2019

İLK SINTETIK YAĞI

Sintetik motor yağları ilk dəfə aviasiya sahəsində istifadə olunmuşdur. Uçuş zamanı mineral əsaslı yağlar -40⁰C temperaturda donurdu. Buna görə də temperatur dəyişikliklərinə görə sabit qala bilən davamlı yağın necə istehsal olunması sualı yarandı.

Beləliklə, molekulların sintezi zamanı xarici amillərə qarşı daha davamlı olan sintetik baza yaradıldı. Bu yağlar mühərriyin işləmə prosesi zamanı öz xüsusiyyətlərini qoruyub saxlaya bilir.

Bu adi avtomobillər üçün üstünlük hesab olunurdu. Çünki, sintetik motor yağlarının oksidləşməsi və deqradasiyası daha gec baş verirdi. 

Motor yağının müasir mühərriklər üçün vacib olan bəzi parametrləri mineral bazada gerçəkləşdirmək mümkün deyil. Şübhəsizdir ki, sintetik yağların bazara gəlməsi mineral və yarımsintetik yağların istifadəsinə qadağa qoymadı. 

Onlar yerli istehsal olan avtomobillərdə, az məsafədə sürülmüş avtomobillərdə və ya -15⁰C dərəcədən yuxarı temperaturda idarə olunan avtomobillərdə istifadə olunur.

Sizə saytımızdan yararlanmağı təklif edirik. Buradan siz istədiyiniz parametrlərə uyğun motor yağlarından seçə bilərsiniz.

 


Xəbərlərə geri dönmək