1 fevral 2017

IDEMITSU ATF MAYESININ ÜSTÜNLÜKLƏRI HAQDA QISA ICMAL

“Idemitsu ATF” mayesi son on ildə “Lexus”, “Infiniti”, “VW”, “Volvo”nun nüfuzlu və güclü modellərinə quraşdırılmış ən müasir avtomatik transmissiya üçün sintetik mayedir. Texniki baxımdan bu maye “Toyota WS”, “Nissan ATF” “Matic S”, “Mazda ATF FZ”, “Mitsubishi Dia Queen ATF J3”, “GM Dexron VI” kimi ən son spesifikasiyalarda əks olunmuş mayelər üçün tələblərə tam cavab verdiyinə görə unikaldır, həmçinin, “Toyota T-IV”, “Nissan ATF Matic D”, “Mazda ATF M5”, “Mitsubishi Dia Queen ATF SPIII”, “Honda ATF Z-1”  kimi Asiya avtomobilləri arasında ən çox yayılmış olan əvvəlki spesifikasiyaların tələblərini də üstələyir.

Bu məhsulun bu cür sinerji xüsusiyyətləri “III+” qrupunun ən yaxşı sintetik yağından istifadə edilməklə və xüsusi dəqiqliklə seçilmiş reseptura əsasında hazırlanmış əlavə paketin sayəsində mümkün olmuşdur. Həmin paketin də kimya komponentləri yüklərə və yüksək temperatura qarşı xüsusi müqavimətilə xarakterizə olunur. 

Ən iri yapon transmissiyalar istehsalçısı olan “AISIN” və “JATCO” ilə əməkdaşlığımız zamanı əld etdiyimiz  25 ildən artıq olan təcrübəmiz bu məhsulun unikallığında mühüm rol oynayır. Sirr deyil ki, “Idemitsu” şirkəti təkcə orijinal avtomatik ötürücü qutusu üçün maye hazırlamır. Həm Yaponiyanın aparıcı avtomobil istehsalçılarının ilk tökmə və servis xidmətləri göstərir, həm də “ASİN” brendi adı altında universal maye istehsal edir. 

Qeyd edək ki, “Idemitsu ATF” mayesinin müxtəlif avtomat ötürücü qutularında universal tətbiqi onun istifadə müddətinin azaldılmasına yol vermədən əldə edilir. Bu mayenin istifadə müddəti son nəslin ən bahalı, orijinal, az qatılıqlı məhsullarında olduğundan az deyil. Son 4 il ərzində yüz minlərlə avtomat ötürücü qutusu ilə təchiz olunmuş avtomobillərdə “Idemitsu ATF”in Rusiyada istifadəsi praktiki təcrübə ilə təsdiqlənmişdir.

 


Xəbərlərə geri dönmək