21 aprel 2017

"İDEMİTSU LUBRİKANTS RUS" MMC-NİN BAŞ DİREKTORU YÖSİNORİ NAQAOKANIN "AVTOPANORAMA" JURNALI ÜÇÜN MÜSAHİBƏSİ.

Biz xəbər verməyə şadıq ki, iyirmi illik tarixinə və 170-minlik tirajına malik olan "Avtopanorama" aylıq jurnalı "İdemitsu Lubrikants RUS" MMC-nin baş direktoru Yösinori Naqaokunu müsahibə verməyə dəvət edib. Söhbət tam iki səhifəyə alınıb ki, İdemitsunun Rusiyada biznesin perspektivləri, məhsulları və yeni zavodu, rəqibləri və İdemitsunun dünya bazarında tutduğu yeri barədə danışa bilmişik. Xüsusən, Naqaoka-sanın şəxsi iş təcrübəsi və ümumulikdə Yaponiya şirkətində işin xüsusiyyətlərini müzakirə etmişik.

 

Rusiya avtomobil bazarında olan böhran avtomobil yağların təchizatçılarının ümumilikdə və xüsusən sizin şirkətinizin biznesinə təsir edirmi? 2017-ci ilin özünüz üçün necə dəyərləndirirsiniz?

Şübhəsiz ki, son bir-iki il həm avtomobil istehsalçıları, həm də yağ brendləri üçün nisbətən mürəkkəb olmuşdur. Lakin, çətinliklərə baxmayaraq, şirkət uğurla və dönməz şəkildə artır və biz əlimizdən gələni edirik ki, bu inkişaf dayanmasın. 2017-ci ilin sonuna kimi öz satışlarımızı ikiqat artırmağını planlaşdırırıq və bizim strateji məqsədimiz Rusiya bazarında 1 nömrəli Asiya brendi olmaqdan ibarətdir. 

Yəni belə qənaətə gəlmək olar ki, Rusiya bazarı İdemitsu üçün əhəmiyyətlidir. Buda o deməkdir ki, sizin Rusiyada biznesinin genişləndirilməsi planlaşdırılır?

Rusiya bazarı bizim şirkətimiz üçün ən əsaslarından biridir, çünki avtomobillərin sayı üzrə o, dünyada beşinci yerini tutur ki, bu da 45 mln. ədəd deməkdir. Bundan başqa, Rusiya istehlaçısı Asiya brendlərinə qarşı loyaldır. Belə ki, Yaponiya və Koreya maşınlarının payına ölkənin bütün avtoparkının 21%-i düşür. Bizim distribütorları yeni satış nöqtələrini açır və nəinki Rusiyada, həm də MDB ölkələrində uğurla inkişaf edir. 

İdemitsu məhsullar xətti Rusiya bazarında nəyi əhatə edir? Avtomobilçilər sizin yağlarının çeşidi arasında necə bələdləşə bilər?

İdemitsu məhsul xəttininə daxil olan iki min adından Rusiyaya avtomobil yağları, transmissiya yağları və sənayəsi üçün bir sıra məhsul tədarük edilir. Avtomobil yağları barədə danışığımızı nəzərə alaraq, onlar iki xəttə bölünür ki, bu da Zepro və İdemitsu özüdür. Zerpo xətti premium seqmenti üçün nəzərdə tutulan bizim yüksək səviyyəli məhsulumuzdur. Bu brendi altında olan məhsul Yaponiyada istehsal olunur, Tokionun yaxınlığında Çiba şəhərində yerləşən öz İşlənib hazırlanma və tətqiqatlar üzrə Mərkəzi tərəfindən hazırlanır və yoxlanılır. Zepro yağları tənəkə qutularda satılır ki, bu da məhz Yaponiya istehsalı olan yağlarının xüsusiyyətidir. Zepro bizim məhsullarımızın arasında birinci olaraq Rusiya istehlakçılarının sevgi və etirafını qazanıb. İdemitsu xətti orta səviyyəli qiymət seqmenti üçün nəzərdə tutulur və biz sübut edə bilmişik ki, Yaponiya olmayan istehsal meydançasında hazırlanmış bu məhsul həmin qiymət seqmentində olan digər məhsullarından geri qalmır. Bu yaxınlarda bizim Tailanddakı tam avtomatlaşdırılmış və ən müasir avadanlıqla təchiz olunmuş zavod açılıb ki, burada İdemitsu yağları istehsal edilir. 

İstehlakçılar sizin brendləri haqqında əsasən nə bilməlidirlər?

İlk əvvəl deməliyəm ki, bizim şirkət yüz ildən artıq fəaliyyət göstərir. Bizi Yaponiya ənənələrinin aparıcı texnologiyaları ilə birləşməsi ayırır və bizim şirkətimizin məhsulları bütün beynəlxalq keyfiyyət standartlarına cavab verir. Yaponiya istehsalçılarının əksəriyyəti bizə konveyerdə mühərriki ilk dəfə yağla təchiz etmək üçün yağların işlənib hazırlanmasını etibar edir. Avtomobil sahibi tərəfindən diqqət yetirməli olan birinci məqam onun maşının servis kitabçasında yazılmış  tövsiyələrdir. Avtomobil istehsalçısının tövsiyəsi mühərrik yağının seçimi zamanı əsas orientirlərdən biridir. 

Sizin şirkətinizin dünya bazarında mövqeləri necədir?

IHC müstəqil beynəlxalq agentliyinin (Global Lubricants Service) məlumatlarına görə, İdemitsu şirkəti dünyada bütün yağ istehsalçıları arasında 8-ci yerini tutur. Dünyanın çoxlu ölkələrində bizim bir neçə öz neft emalı zavodları və blendinq istehsal meydançalrımız vardır. 

Fikrinizcə, sizin məhsullarınızın əsas rəqabət üstünlükləri nədən ibarətdir? Kimi Rusiyada əsas rəqibi hesab edirsiniz?

Bizim əsas üstünlüyümüz Yaponia keyfiyyətidir. Biz ənənələrimizə sadiq qalırıq, amma eyni zamanda sürtgü  materiallarının istehsalı zamanı ən müasir texnologiyalarından istifadə edirik. Bizim nəhəng təcrübəmiz vardır və biz avtomobil istehsalçıları ilə onların tələblərini ödəməklə işləyirik. Biz rəqiblərə ciddi yanaşırıq, lakin hesab edirik ki, heç kimi kopyalamaq və heç kimi təqlid etməməklə öz yolumuzla getməliyik. 

Mühərrik yağların çoxlu istehsalçıları kontrafakt məhsulları problemi ilə üzləşir. O, sizin üçün aktualdırmı?

Hal-hazırda İdemitsu yağlarının saxtalaşdırılması üzrə bir hal belə qeydə alınmayıb. Məsələdə ondadır ki, tənəkə qutusu özü bundan əlavə bir zəmanəti təmin edir. Halbuki, əlbəttə ki, alış zamanı bağlamanın özünü yoxlamağa dəyər və yağı almaq istədiyiniz ticarət nöqtəsi bizim rəsmi saytında qeyd olunub-olunmamasını yoxlamaq yaxşı olardı. 

Rusiyada və digər ölkələrdə hansı avtomobil istehsalçıları İdemitsu yağından və sizin şirkətinizin digər məhsullarından konveyerdə mühərriki ilk dəfə yağla təchiz etmək üçün istifadə edir?

Təəssüf ki, mən sizə bizim müştərilərimizi açıqlaya bilmərəm, çünki bu kommersiya sirridir. Belə məlumat tək bizə deyil, həm də avtomobil istehsalçılara məxsusdur. Lakin mən deməyə hazıram ki, konveyerdən çıxan əksər Yaponiya avtomobilləri ilk dəfə yağla təchiz etmək üçün xüsusən onlar üçün İdemitsu şirkəti tərəfindən hazırlanmış yağlarından istifadə edir. 

Naqaoka-san, bir az özünüz barədə danışın. İdemitsu şirkətində nə qədər vaxt çalışırsınız, Rusiyaya nə zaman gəlmişsiniz?

Yaponiya korporativ mədəniyyətini xüsusiyyətləndirən cəhət ondan ibarətdir ki, insan bir yerdə bütün həyat boyu çalışır ki, iş yerinin dəyişməsi qəbul edilmir. Mən İdemitsuya universitetin bitirməsindən dərhal sonra gəlmişəm və hazırda mənim iş təcrübəm 34 il təşkil edir ki, bu müddətin yarısı ərzində mən Vətənimin kənarında işləmişəm. O cümlədən, 10 ili İdemitsunun kömürün hasilatını və Yaponiyaya idxalını təmin edən Avstraliya ofisində çalışmışam. 2000-2007-ci illər ərzincə mən Yaponiyada yanacağın satışına cavabdeh olmuşam, sonra Çinə iki illik ezamiyyəti olub, sonra Dubaydakı ofisinə başçılıq etmişəm və 2015-ci ildən İdemitsunun Rusiya bölməsinə başçılıq edirəm. 


Xəbərlərə geri dönmək