22 yanvar 2019

İDEMITSU ŞIRKƏTININ RƏSMI DISTRIBYUTORU “KLAXON LTD” ŞIRKƏTI “İDEMITSU” SÜRTGÜ MATERIALLARI AZƏRBAYCAN BAZARINDA UĞURLA INKIŞAF ETDIRIR

“Idemitsu” Yaponiyanın ən çox yanacaq yağı satışı ilə məşğul olan şirkətinə çevrilmişdir. Bir əsrdən artıq tarixə malik olan şirkət motor və sürtkü yağlarının rəsmi tədarükçüsü olmaqla yanaşı dünya bazarını fəal şəkildə araşdırmaqla məşğuldur. Artıq 5 ildən çoxdur ki, “Klaxon Ltd” şirkəti “Idemitsu” ilə əməkdaşlığını davam etdirir. Bu müddət ərzində bir çox uğurlu işlər görülmüş, şirkətin Azərbaycan bazarında fəallığı təmin edilmişdir. Avtomobil və sənaye yağları sahəsində qabaqcıl texnologiyaya malik “Idemitsu” öz keyfiyyətli məhsulları ilə ölkəmizdə sürücülərin etibarını qazanmışdır. Bazara daxili olduğu gündən alıcılara yüksək texniki standartlara cavab verən əsl Yapon keyfiyyəti olduğunu sübut etmişdir. Hazırda “Idemitsu” məhsullarına maraq getdikcə çoxalır, alıcılıq qabiliyyəti günü-gündən artmaqda davam edir.  Gələcəkdə alıcı kütləsinin daha da genişlənməsi, məhsulların daha çox sürücü tərəfindən tanınması üçün yeni işlərin görülməsi planlaşdırılır. “Klaxon Ltd” şirkəti ölkə bazarına bu cür fərqli və yüksək keyfiyyətli məhsul təqdim etdiyi üçün “Idemitsu” ilə əməkdaşlıqdan məmnunluğunu bildirir, bu iş birliyinin uğurla davam edəcəyinə inanır.

Xəbərlərə geri dönmək