4 iyul 2019

BAZA YAĞLARIN TƏSNIFATI

Avtomobilimizdə istifadə etməyimiz mühərrik yağın tərkibi baza yağı və qatqılardan ibarətdir. İstehsalçı zavodda bu komponentlər istidə ilə qatışdırılır. Avtoistehsalçıların tələblərə və xüsisi spesifikasiyalara cavab vermək üçün baza yağlar və qatqılar xüsusi proporsiyalarda seçilir.   

Adətən baza yağları üç qrupa bölüşür: sintetik, yarım sintetik və mineral, amma faktiki olaraq bu qrupların sayı beşdir. Amerika neft institutun klassifikasiyasına (APİ) əsasən bu qruplar üç növ göstəricilərə seçilir: kükürdün miqdarı, doymuş karbohidrogen miqdıarı və özüllülük indeksi.  

• Kükürd metalların korroziyasını yaradır, kükürdlü birləşmələrin yandırılması zamanı kimyəvi oksidləşmə səbəb olan turşular əmələ gəlir. Kükürdün mövcudluğu baza yağların xüsusiyyətlərinə neqativ təsir edir.

• Doymuş karbohidrogenlər, doymamış karbohidrogenlərldən fərqli olaraq, daha sabitdirlər və daha asta oksidləşirlər. Doymuş karbohidrogenlər nə qədər çox mövcüddür, o qədər da baza yağı oksidləşir, köhnəlir və deqradasiya olunur.  

• Özüllülük indeksi – bu miqdar yağın özlülüyü temperatur asılılığından göstəricisidir. Yuxarı indeksli yağlartemperaturdan asıllığ dərəcəsi azdır, bununla yağın aşağı temperatur xüsusiyyətləri daha yaxşılaşır. O deməkdir ki, yağın özüllülük indeksi nə qədər yuksək olsa, o qədər da yağın xüsusiyyətlər daha yüksəkdir. 

I və II qrup baza yağlar – mineral yağlardır. I qrup yağlar təmizliyin aşağı dərəcədə və yüksək kükürd və azot tərkiblərə malik yağlardır, o da tez oksidləşməyə səbəb gətirir. 

Yarımsintetik yağlar – daha çox II və III qrup yağların birləşməsidir, bəzi istehsalçılarda I və III qrup yağların birləşməsidir.

III, IV və V qrup yağlar – sintetik yağlardır.

Üçüncü və dördüncü qrup yağlar oxşar istismar xüsusiyyətlərə malikdir:

I və II qrupa nisbətən daha yüksək özüllülük indeksi, təkmilləşdirilmiş aşağı temperaturlu və işə salma xüsusiyyətləri.

Doymuş karbohidrogenlər tərkibi təxminən 100%, daha yaxşı termooksidli sabitlik, bu yağlar daha gec oksidləşir, daha gec köhnəlir, I və II qrup yağlardan fərqli olaraq istifadə müddəti daha çoxdur. 

Buxarlanma qabiliyyəti III və IV qrup yağlardan fərqli olaraq daha aşağıdır.

Göstərilmiş xassələrinə görə sintetik yağların sərfiyyəti aşağıdır, həmçinin sintetik yağlarda uzun müddət istifadə zamanı daha sabit özüllülük xüsusiyyətlər var.

III və IV qruplarda sürtmə dərəcəsi daha aşağıdır və yağlama xüsusiyyətləri daha yüksəkdir, bu sintez texnoogiyasının tətbiqi ilə bağlıdır, harda III və IV qruplarda molekular eyni ölçüdədir. I və II qruplarda molekulalar müxtəlif ölçüdədir, bu da təmizlənmə texnologiyasıdır.   

V qrup yağlar əsasən sənayedə tədbiq edilir, avtomobil sənayesində çox nadır hallarda istifadə edilir.Üçüncü və dördüncü qruplar, əksinə, avtomobil sənayesində daha geniş istifadə edilir. 


Xəbərlərə geri dönmək