19 noyabr 2018

19.10.2018 TARIXINDƏ BAKIDA SÜRÜCÜLƏR VƏ AVTOMOBIL USTALARI ÜÇÜN SEMINAR KEÇIRILMIŞDIR

19.10.2018 tarixində Bakıda sürücülər və avtomobil ustaları üçün seminar keçirilmişdir. Tədbirin məqsədi avtomobil, ehtiyat hissələri və sürtgü məhsulları barədə sürücü və ustaların maarifləndirilməsi idi.  Yaponiyanın ən böyük petrol şirkətlərindən biri, motor və sürtkü yağları sahəsində 100 ildən çox təcrübəyə malik olan nəhəng “Idemitsu” şirkətinin Azərbaycandakı nümayəndələri də bu seminarda iştirak etdilər.  “Idemitsu” sadəcə bir sahədə aktiv deyildir, hər zaman elmi inkişafa açıq olan və gələcək ehtiyacları qarşılamaq məqsədilə bazarları fəal şəkildə araşdıran bir qurumdur. Bu seminarda da keyfiyyətli Yaponiya məhsulunun müxtəlif xüsusiyyətləri, faydaları və çeşidləri barədə sürücülərə və ustalara ətraflı məlumat verildi. Bununla yanaşı bəzi motor və sürtkü yağları məhsulları əyani şəkildə seminar iştirakçılarına və qonaqlara göstərildi. Hazırda “Idemitsu” günə 30000 barel xam neft istehsal edir və beynəlxalq istifadədə 12 neft tankeri vardır. Avtomobil və sənaye yağları sahəsində qabaqcıl texnologiya malik şirkət bazarda hər zaman fəaldır, rəsmi dilerlərlə əməkdaşlığa, sürücülərə, ustalara faydalı olacaq bu kimi tədbirlərdə iştirak etməyə və onlara dəstək olmağa hazırdır.


Xəbərlərə geri dönmək